DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Əfqanıstanda son sutkada 3-cü ZƏLZƏLƏ

1 dəqiqəyə oxunur

Əfqanıstanın Bədəxşan əyalətində dünən axşamdan bəri baş verən zəlzələlərdən sonra yenidən 5,2 bal gücündə zəlzələ olub.

Arazmedia.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 17:53-də baş verən 5,2 bal gücündə zəlzələnin episentrinin Bədəxşanın Curm rayonu olduğunu açıqlayıb. Zəlzələnin 75 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələlər qonşu Özbəkistan, Tacikistan və Pakistanda hiss olunsa da, Taliban administrasiyası hələ də dəymiş ziyanla bağlı açıqlama verməyib.

Qeyd edək ki, Əfqanıstanın şimal-şərqindəki Hindukuş dağlarında yerləşən Bədəxşanda zəlzələlər tez-tez baş verir.

2022-ci ilin iyununda Əfqanıstanın Pakistanla sərhəddəki Paktika əyalətində baş verən 5,9 bal gücündə zəlzələdə 1200 nəfər həyatını itirmişdi.