İyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.
Bu barədə Arazmedia.az-a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.