Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır, burada macar şirkətlərinin fəaliyyəti üçün gözəl şərait yaradılıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Peter Siyarto özünün Feysbuk səhifəsində yazıb.
O qeyd edib: “Qlobal iqtisadi çətinliklərə baxmayaraq, son illər Macarıstanın ixrac göstəriciləri gözəl nəticələr nümayiş etdirib. İxracımız dünya reytinqində 34-cü yerdədir, baxmayaraq ki, əhalinin sayına görə biz 95-ci yerdəyik.
Ötən dövrün çətin iqtisadi şəraiti aydın göstərib ki, bir çox hallarda ixracın artmasına məhsulun çatdırıldığı ölkədə istehsalın qurulması yolu ilə nail olmaq olar.
Azərbaycan belə hədəf ölkələrdən biridir, bizim strateji tərəfdaşımızdır, bizim onunla münasibətlərimiz qarşılıqlı hörmət əsasında qurulub. Buna görə də burada macar şirkətlərinin fəaliyyəti üçün həmişə gözəl şərait yaradılır”.