Ukraynada Fransa və İtaliya tərəfindən birgə istehsal olunan SAMP/T hava hücumundan müdafiə sistemləri yerləşdirilib.
Arazmedia.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.
“Mən İtaliya baş naziri Corc Meloni ilə birlikdə sizə elan etməkdən məmnunam ki, SAMP/T hazırda Ukrayna ərazisində yerləşdirilib və artıq fəaliyyət göstərir”, – Makron deyib.
Qeyd edək ki, hava hücumundan müdafiə sistemləri Rusiya raketləri və təyyarələrinə qarşı nəzərdə tutulub.