DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Milli Qurtuluş Günü münasibətilə “Ələt Eko Park”ın açılışı olub

1 dəqiqəyə oxunur

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) “Ətraf mühit, sosial və korporativ idarəetmə proqramı” çərçivəsində Qaradağ rayonunun Ələt qəsəbəsində müxtəlif sosial layihələr və tədbirlər icra edir. Ətraf mühitin mühafizəsi regionun ilk “Yaşıl Liman” statusu alan Bakı Limanı üçün önəmli vəzifələrdən biridir. Məhz bu səbəbdən sakinlərin istirahətinin səmərəli təşkili üçün Ələt qəsəbəsində “Heydər Əliyev İli” çərçivəsində və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Ələt Eko Park”ın açılışı olub.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildiriblər ki, şəhid Eduard İmanov küçəsi 23 ünvanında yerləşən parkın ərazisi 1176 kvadratmetrdir. Burada uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onların idmanla məşğul olmaları məqsədilə futbol meydançası, müxtəlif idman qurğuları, oyun meydançaları salınıb. Ərazinin işıqlandırılması üçün 10 ədəd günəş paneli quraşdırılıb, 2 söhbətgah inşa edilir.

Görülmüş işlər çərçivəsində binaları əhatə edən həyətdə asfalt örtüyü yenilənib, 162 metr uzunluğunda velosiped zolağı salınıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ həmişəyaşıl ağac və gül-çiçək kolları əkilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış layihəyə uyğun olaraq binaların fasadları əsaslı təmir edilib.

Parkın açılışında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və ictimaiyyətin nümayəndələri iştirak ediblər.