Arazmedia.az xəbər verir ki, Bakı Limanı tərəfindən “Korporativ sosial məsuliyyət proqramı” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Dəniz Mall ticarət mərkəzində tədbir keçirilib. Ələt qəsəbəsinin 70 yaxın 1-4 sinif şagirdlərinin qatıldığı tədbirdə animatorların iştirakı ilə maraqlı proqram təqdim olunub. Daha sonra balaca məktəblilər Hörümçək adam filminə baxıblar.