Morqenştern ləqəbi ilə tanınan rusiyalı reper Əlişer Tahiroviçə inzibati iş açılıb.
Arazmedia.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə ifaçının sosial şəbəkələrdəki materialları qarşısında xarici agent etiketini işarələməməsi olub.
Bu isə birbaşa ölkə qanunlarının pozulmasıdır. Hazırda repçini 500 min rubl cərimə gözləyir.
Morqenştern isə xarici agentlərin reyestrindən çıxarılması üçün Zamoskvoretski məhkəməsinə iddia qaldırıb.