“Övladlarımızın gələcəyi üçün millətimizin bu gün seçkiyə getməsinin nəticəsi olaraq Türkiyə Əsri qalib gəldi. Qazanan Türkiyə oldu”.
Arazmedia.az xəbər verir ki, bunu Türkiyənin birinci xanımı Əminə Ərdoğan özünün “Twitter” hesabında yazıb.
Ərdoğanın paylaşımı belədir: “Bir olduq, birləşdik, böyük və qüdrətli bir Türkiyə üçün çox çalışdıq. Biz nailiyyətlərimizə yenilərini əlavə etməklə Türkiyə Əsrini çiyin-çiyinə quracağıq”.