Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.
Arazmedia.az TRT-yə istinadən xəbər verir ki, parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.