Dünən Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti qardaş Türkiyəyə səfər çərçivəsində Çanaqqala valiliyində olub.
Arazmedia.az xəbər verir ki, deputatlar vali İlhami Aktaş ilə görüşüb. Görüşdə YAP-ın İdarə Heyətinin üzvləri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, UFAZ Universitenin rektoru Vazeh Əsgərov, deputatlar Elnur Allahverdiyev, Hüseynov və Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirak edib. Türkiyə tərəfini isə Çanaqqala millət vəkili Julidə İskəndəroğlu, AK partiya Mərkəzi İlçə başqanı Aynur Tuna Yavaş və digər rəsmilər təmsil edib.
Daha bir görüş isə AK Parti Çanaqqala İl başqanlığında baş tutub. İl başqanı Naim Makasla maraqlı müzakirələr olub. Nümayəndə heyətinin üzvləri bildiriblər ki, bu kimi görüşlərin tək partiyalar deyil, xalqlarımız arasında münasibətlərin daha da yaxın olması baxımından böyük önəmi var.