Hindistanın cənubundakı Kerala ştatında turist gəmisi batıb.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştat polis sözçüsü məlumat yayıb. Bildirilir ki, həddindən artıq sıxlıq ikimərtəbəli gəminin batmasına səbəb olub.
Hadisə nəticəsində 21 nəfər ölüb. Xilasetmə işləri davam edir.