Almaniya XİN rəhbəri Çin və ABŞ-ı Tayvanla bağlı görüş keçirməyə çağırıb.
Arazmedia.az xəbər verir ki, bunu Annalena Burbok Yaponiyanın Karuizava şəhərində G7 xarici işlər nazirlərinin görüşündə bildirib.
Məncə, bu görüşün ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Qin Qanqın yaxın gələcəkdə baş tutması vacibdir”, o deyib.
O xatırladıb ki, hətta G20 nazirlərinin son görüşündə də Blinken çinli həmkarı ilə görüşəcəyini bəyan etmişdi, lakin bundan sonra Atlantik okeanı üzərində amerikalılar tərəfindən vurulan Çin şarı ilə bağlı insident baş verib.