DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ukrayna üçün 200 milyon dollar ayrıldı

1 dəqiqəyə oxunur

Dünya Bankı Ukraynada enerji infrastrukturunun bərpası üçün 200 milyon dollar qrant ayırıb.

Arazmedia.azxəbər verir ki, bu barədə Bankın saytında məlumat yayılıb.

Bildirilib ki, qrantın məbləği Kiyevin tərəfdaşlarının töhfələri hesabına 300 milyon dollara qədər arta bilər. “Layihə kritik avadanlıqların təcili alınması yolu ilə elektrik enerjisinin ötürülməsi və istilik infrastrukturunun təcili təmirinə dəstək verəcək”, – Dünya Bankının açıqlamasında deyilir.

Təşkilatın yaydığı məlumatda qeyd olunub ki, Ukraynada enerji infrastrukturunun 50%-dən çoxu payız-qış aylarında zədələnib və bu, son nəticədə bütün ölkədə elektrik enerjisinin verilişində ciddi fasilələrə, ərzaq, istilik və su çatışmazlığına gətirib çıxarıb.