Ukrayna prezidenti Volodimir Zelenski aprelin 5-də Polşaya rəsmi səfər edəcək.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, səfərin təfərrüatları gizli saxlanılır.
Polşa quru qoşunlarının keçmiş komandanı general Valdemar Skripçak “Rzeczpospolita”ya müsahibəsində deyib ki, Ukrayna lideri Rusiya Federasiyası ilə danışıqlara hazırlaşmaq üçün Varşavaya səfər edir.
Generalın sözlərinə görə, münaqişə çıxılmaz vəziyyətə düşüb və onun siyasi yolla həll edilməli olacağı məqam yaxınlaşır.