Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında ədalətli sülhün ola biləcəyinə inandlğını bildirib.
Arazmedia.az xəbər verir ki, bu barədə, o, xarici ölkələrin səfirləri ilə iftar mərasimində çıxışı zamanı bildirib.
Türkiyə lideri qeyd edib ki, digər bölgələrdə mövcud olan böhran və münaqişələrin də həll olunmasının zamanı gəlib, lakin beynəlxalq idarəetmə mexanizmi buna qadir deyil.
Ərdoğan, həmçinin, əlavə edib ki, Ankara Qara Dəniz Taxıl təşəbbüsünün həyata keçirilməsini təmin etməklə beynəlxalq ərzaq böhranının qarşısını almağa nail olub.