Rusiya ordusu cənubdan və şimal-qərbdən Baxmut şəhərinin mərkəzinə doğru irəliləyir.
Arazmedia.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) açıqlayıb.
Məlumata görə, Vaqner özəl muzdlu hərbi birləşmələrinin rəhbəri Yevgeni Priqojin martın 27-də Baxmut şəhər şurasından bir kilometr cənub-şərqdə yerləşən 5 saylı məktəbin binasında olub.
Hazırda ruslar Baxmutun tam mərkəzindən bir neçə kilometr aralıdadır.