Martın 23-də ABŞ-nin Massaçusets ştatının Ayer şəhərində Norfolk Southern yük qatarı aşıb.
Arazmedia.az “CBS News”a istinadən xəbər verir ki, qəza nəticəsində 10 vaqon relsdən çıxıb.
Qatarın sahibi olan şirkət onların yüklə dolu olduğunu bildirib.
Qəzaya nəyin səbəb olduğu hələlik məlum deyil. Ölən və yaralananlar barədə məlumat verilmir.