Yardımlı rayonunun Bürzünbül kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Bu barədə Arazmedia.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Qeyd olunub ki, evin qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.