DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Türkiyə bu təyyarələrə yanacaq doldurmağı və xidmət göstərməyi dayandırdı

1 dəqiqəyə oxunur

Türkiyə hakimiyyəti Rusiya və Belarusdan gələn Amerika istehsalı olan təyyarələrə yanacaq doldurulmasını və texniki xidmət göstərilməsini qadağan etmək qərarına gəlib  .

Arazmedia.az xəbər verir ki, bu barədə “AirportHaber” məlumat yayıb. 

“Gömrük və Ticarət Nazirliyinin qəbul etdiyi qərara əsasən, Türkiyədə Rusiya təyyarələrinə yanacaq və müvafiq xidmətlərin göstərilməsi qadağan edilib”, – nəşr yazır.

Nəşr aydınlaşdırır ki, qadağa istənilən ölkədə istehsal olunan, 25%-dən çoxu Amerika mənşəli komponentlərdən ibarət olan və Rusiya və Belarusa istiqamət alan şəxsi, yük, kommersiya və çarter təyyarələrinə şamil edilir.

Nəşrin məlumatına görə, tədbirlər Rusiyanın yeddi aviaşirkətinin – Aeroflot, UTair , Rossiya, Azur Air, Yamal, S7 Airlines və İkar (PegasFly), həmçinin bir Belarus və bir İran aviadaşıyıcısının işinə təsir göstərib .

Martın əvvəlində Türkiyə sanksiyalara məruz qalan malların Rusiyaya tranzitini dayandırıb. Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib ki, iki ölkənin ticarət və iqtisadi idarələri bu vəziyyətin həlli üçün çalışırlar.