Avropa İttifaqı (Aİ) səlahiyyətliləri ilk dəfə olaraq cinsi zorakılıq və qadın hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar paketi üzərində razılığa gəliblər.
Arazmedia.az xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi məlumat verib.
Qeyd olunub ki, məhdudiyyətlər siyahısı Beynəlxalq Qadınlar Günü ərəfəsində təsdiq edilib.
Bu qərarın təşəbbüskarlarından biri kimi jurnalistlər Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri Vopke Hukstranın adını çəkiblər.
“Ukrayna və Cənubi Sudan kimi müharibələrdə, xüsusilə qadınlara və qızlara qarşı mütəmadi olaraq cinsi zorakılıq hadisələri baş verir”, – deyə materialda qeyd edilib.
Bildirilib ki, yeni sanksiyalar siyahısına üç təşkilat daxil ediləcək. Siyahıda həmçinin 9 fiziki şəxs də olacaq. Onların arasında rusiyalı hərbçilər Ramil İbatullin və Nikolay Kuznetsov da var ki, Aİ onların Ukraynada qadınlara qarşı cinsi zorakılıq hadisələrində iştirak etdiyini bildirir.