İngiltərə Daxili İşlər Naziri Suella Braverman, yeni qanun layihəsi ilə İngiltərəyə qayıqla qeyri-qanuni yollarla daxil olan qeyri-qanuni miqrantların 28 gün ərzində məhkəmə nəzarəti və girovluq şərti olmadan deportasiya ediləcəyini açıqlayıb.
Arazmedia.az xəbər verir ki, Böyük Britaniya qeyri-qanuni miqrasiya ilə mübarizədə yeni planını açıqlayıb. Böyük Britaniyanın Daxili İşlər Naziri Suella Braverman parlamentdəki çıxışında Manş boğazı üzərindən qayıqlarla İngiltərəyə qeyri-qanuni yollarla daxil olan qeyri-qanuni miqrantların 28 gün ərzində məhkəmə nəzarəti və girovluq şərti olmadan deportasiya ediləcəyini açıqlayıb.
“Hökumətin sərhədlərimizi keçən qeyri-qanuni mühacir dalğalarına cavab verməməsi xidmət etmək üçün seçildiyimiz insanların iradəsinə xəyanət olardı” deyə Braverman qeyd edib. Qanun layihəsinə əsasən, deportasiyasının dayandırılması üçün yalnız 18 yaşına çatmamış, tibbi cəhətdən uçuşa yararsız və ya göndərildikləri ölkədə “zərər almaq riski faktiki” olanlar müraciət edə biləcək.
Təhlükəsiz marşrutlarla daxil olan insanların sayına parlament tərəfindən müəyyən ediləcək illik yuxarı həddi təyin etməyi hədəfləyən qanun layihəsində ömürlük iqamətgah, vətəndaşlıq və deportasiya edilənlərin Böyük Britaniyaya təkrar giriş qadağası daxildir. Qeyri-qanuni miqrasiya baş nazir Sunakın 5 prioritetindən biridir.
İngiltərənin cənub sahillərinə gələn qeyri-qanuni miqrantların sayı son iki ildə 500 faiz artaraq keçən il 45 mindən çox olub. Böyük Britaniyanın baş naziri Rişi Sunak qeyri-qanuni miqrantların ölkəyə girişini dayandırmağı özünün beş əsas prioritetindən biri edib.
Böyük Britaniyaya sığınacaq üçün müraciətlərin sayı 2022-ci ildə təxminən 75,000-ə yəni son 20 ilin ən yüksək səviyyəsinə çatsa da, bu, hələ də Avropa İttifaqının orta səviyyəsindən aşağıdır. Almaniya keçən il 240 mindən çox sığınacaq müraciəti qəbul edib.
Keçən il Britaniya on minlərlə miqrantı 6400 kilometr uzaqlıqdakı Ruandaya göndərmək üçün müqavilə bağladı. İlk deportasiya reysi Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə bağlanıb. London Ali Məhkəməsi daha sonra ötən ilin dekabrında uçuşların qanuni olduğuna qərar verib.
Bu gün ilk dəfə müzakirəyə çıxarılacaq qanun layihəsinin ikinci oxunuşu martın 13-də keçiriləcək, deputatların qanun layihəsini ətraflı müzakirə edəcəyi komissiya mərhələsi isə martın 27-də başlayacaq.