Qvatemala sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 103 min insanın yaşadığı Eskuintla şəhərindən 70 km cənubda yerləşib. Mənbə 54 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.