İtaliyada 4,6 bal gücündə zəlzələ baş verib.
Arazmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 30,8 min insanın yaşadığı Macerata şəhərindən 5 km şimal-qərbdə olub. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı, xəsarət alan və ya maddi ziyan barədə məlumat verilməyib.