
Saatlı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, rayonun Bəylər kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı, dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.