İrəvanın Respublika meydanında Ermənistan hökumətinin binasının yaxınlığında atışma hadisəsi baş verib .
Arazmedia.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yolsuzluq avtomobilini meydanda saxlamağa çalışıblar, bundan sonra silah səsləri eşidilib. Yolsuzluq avtomobilinin sürücüsü təhlükəli manevrlər edərək polislərdən birini yerə yıxıb.
Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, avtomobil saxlanılıb.
Ermənistanın hüquq-mühafizə orqanları insidentlə bağlı hələlik şərh verməyib.