“Fevralın 6-da baş verən dağıdıcı zəlzələ 42 saniyə davam edib və bu müddət ərzində yer qabığına atılan nəhəng enerji 130 atom bombasının ümumi gücünə bərabər olub”.
Arazmedia.az xəbər verir ki, bunu Türkiyəli geofizik, mühəndis, professor Əhməd Erkan bildirib. Erkan qeyd edib ki, fevralın 6-da baş verən yeraltı təkanlar dörd seysmik qırılmanın kəsişməsində baş verib ki, bu da belə ərazilər üçün xarakterikdir.
Professor Erkanın sözlərinə görə, bu zəlzələnin ardınca yaxın 2-3 il ərzində müxtəlif intensivlikdə təkrar təkanlar olacaq.
Eyni zamanda, o, yaxın gələcəkdə Mərmərə dənizi bölgəsində analoji maqnitudada zəlzələ ehtimalının yüksək olmadığı fikrini də bildirib.