NATO-nun baş katibi Yens Stoltenberqin Asiya ölkələrinə səfəri başlayıb.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk olaraq Cənubi Koreyada bu ölkənin xarici işlər naziri Park Jin ilə görüşüb.
Görüşdə Stoltenberq NATO-nun Şimali Koreyanın raket sınaqları və nüvə silahı proqramından narahat olduğunu bildirib. Ukraynadakı müharibənin Asiya ölkələrinə təsirindən danışan Stoltenberq, bu istiqamətdə Alyansla qitə ölkələri arasında sıx bağlılığa diqqət çəkib.