Şəkidə 65 yaşlı qadın dəm qazından zəhərlənib.
Arazmedia.az “Unikal”a istinadən xəbər verir ki, Şəki rayon Baş Göynük kənd sakini 1957-ci il təvəllüdlü Saatova Təhminə Şakir qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Təhminə Saatova Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müslicəsi xəstəxanada davam etdirilir.