Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və DİN-in şəxsi heyəti 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Arazmedia.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib, unudulmaz və müqəddəs xatirələri yad edilib.