İspaniya Superkubokunun qalibi müəyyənləşib.
Arazmedia.az xəbər verir ki, həlledici qarşılaşmada “Real Madrid” və “Barselona” klubları üz-üzə gəlib.Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fahd Stadionunda baş tutan matç gərgin keçib.
Oyunda 3:1 hesabı ilə sevinən tərəf Kataloniya təmsilçisi olub.
Qolları Qavi, Levandovski və Pedri vurub.
“Real Madrid”dən son dəqiqələrdə Benzema fərqlənib.