DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Azərbaycanla BƏƏ arasında iqtisadi əlaqələr genişlənir

1 dəqiqəyə oxunur

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında son illər iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. 

Arazmedia.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin artması fonunda sərmayə qoyluşlarında da yüksəliş var:

“2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20.3 faiz artaraq 50.4 milyon dollara çatıb. 2022-ci il ərzində isə ticarət dövriyyəsində daha ciddi artımlar müşahidə olunub. Belə ki, ötən ilin ilk 10 ayında ticarət dövriyyəsi 90.4 milyon dollara çatıb. 2022-ci ilin noyabr ayında daha 4.2 milyon dollarlıq ticarət nəticəsində ötən ilin 11 ayında dövriyyə 94.6 milyon dollaradək yüksəlib. Ötən ilin ilk 11 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2021-ci ildəki illik dövriyyədən 87.6 faiz çoxdur. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir”.

Deputat qeyd edib ki, BƏƏ Azərbaycanda bərpa olunan enerji sahəsində aktiv ölkələrdəndir:

“Bu sahədə qarşılıqlı münasibətlərin daha da möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda, BƏƏ sahibkarlarının işğaldan azad olunan ərazilərimizdə sərmayə qoyluşlarında iştirakı da vacib istiqamətlərdəndir. Bütövlükdə, körfəz ölkələrindən Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb edilməsi prioritetdir. Azərbaycan ilə BƏƏ arasında fərqli sektorlar üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər və razılaşmalar da məhz bu potensialın daha yaxından istifadəsinə imkan yaradacaq. Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək”.