Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Arazmedia.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Sumqayıt şəhər sakini Ruslan Xələfov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.