Parlament üzərinə düşən vəzifəni yerinə yetirməsə, son qərarı millətimiz verəcək.
Arazmedia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri baş örtüsü ilə bağlı konstitusiya dəyişikliyi təklifinə belə cavab verib: “Parlament üzərinə düşəni etməsə, son qərarı millətimiz özü verəcək. Siyasi partiyasından asılı olmayaraq heç bir deputatımızın bu qədər ağır yükün altına düşəcəyini düşünmürəm”.