Türkiyənin Tunceli bölgəsində zirehli hərbi maşından çıxan dəm qazının digər hərbi maşına dolması nəticəsində 9 polis əməkdaşı zəhərlənib.
Arazmedia.az “Haber Global”a istinadən xəbər verir ki, polislərin qazı hiss etməməsinə səbəb nəqliyyat vasitəsində kondisionerin işləməsi olub.
Başgicəllənmə və ürəkbulanma şikayətləri olan polislər təcili yardım maşınları ilə Tunceli Dövlət Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.