Ermənistanda H1N1 virusundan 2 ölüm halı qeydə alınıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxucu və qeyri-infeksion xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Romella Abovyan məlumat verib.
“Ölən xəstələrin 35 yaşı var idi. Üstəlik, onlardan birində xroniki xəstəliklər, 4-cü dərəcəli piylənmə olub, risk qrupunda olub”, – Abovyan bildirib.