Yanvarın 4-də Moskva birjasında dolların məzənnəsi 72 rublu keçib.
Arazmedia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:25-ə olan məlumata görə, dollar 71,94 rubla, avro isə 76,24 rubla satılıb. Ötən ilin sonu ilə müqayisədə hər iki valyuta iki rubl artıb.
Qeyd edək ki, Rusiya valyutası dekabr ayında Aİ -nin embarqosunun qüvvəyə minməsindən və Rusiya neftinin ofşor daşımalarında barel üçün 60 dollardan yuxarı qiymət həddinə çatdıqdan sonra kəskin şəkildə zəifləməyə başlayıb.