Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “Yaşayış minimumu haqqında” və “Ehtiyac meyarı haqqında” qanunları təsdiqləyib.
Arazmedia.az xəbər verir ki, gələn il Azərbaycanda yaşayış minimumu bu illə müqayisədə 36 manat və yaxud 17,15% çox – 246 manat təşkil edəcək.
2023-cü ildə ölkədə ehtiyac meyarı isə 2022-ci ilə nisbətən 46 manat və yaxud 23% çox – 246 manat olacaq.