DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Pakistan Hindistanı HƏDƏLƏDİ

1 dəqiqəyə oxunur

Pakistanın Yoxsulluğun Azaldılması və Sosial Müdafiə Naziri Şazia Marri Hindistanı atom bombası ilə hədələyib. 

Arazmedia.az  xəbər verir ki, bu barədə Marri Lahorda keçirdiyi mətbuat konfransında  açıqlama  verib. 

O,  çıxışında Hindistana Pakistanın atom bombasına sahib olduğunu unutmaması lazım olduğunu və ondan istifadə etməkdən çəkinməyəcəklərini bildirib.

Qeyd edək ki, Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdari BMT-nin Nyu-Yorkdakı baş qərargahında verdiyi bəyanatda Hindistanın baş naziri Narendra Modini “Qucarat qəssabı” adlandırıb.

Zərdarinin bu açıqlaması Hindistanda etirazla qarşılanıb və bəzi şəhərlərdə aksiyalar keçirilib.

Xatırladaq ki,  Qucaratın baş naziri dövründə Narendra Modi 2002-ci ildə əksəriyyəti müsəlman olmaqla 2000-dən çox insanın ölümünə səbəb olan iğtişaşların qarşısını almamaqda ittiham olunur.