Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında Fransaya qarşı keçirdikləri final matçının ən yaxı futbolçusu seçilib.
Arazmedia.az
xəbər verir ki, 35 yaşlı hücumçu həlledici qarşılaşmada 2 qolla yadda qalıb.
Qeyd edək ki, Argentina – Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) “tanqoçular” 3-cü dəfə dünya çempionu olublar.