Azərbaycan dövlət neft şirkəti SOCAR-ın ticarət qolu Türkiyənin neft emalı zavodu üçün Rusiya xam neftinin alışını dayandırıb.
Arazmedia.az xəbər verir ki, Türkiyənin neft emalı zavodları, o cümlədən SOCAR-ın STAR zavodu Ukraynadakı müharibədən sonra Rusiya neftinin alışını artırıb.
Refinitiv Eikon-un məlumatına görə, Rusiyadan Türkiyəyə axın artıq ötən ay fevral ayından bəri ən aşağı səviyyəyə düşüb və mənbə bildirib ki, SOCAR Qərbin sanksiyalarına əməl etmək üçün vəziyyəti nəzərdən keçirir.