Tbilisi hava limanında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinin hərbçiləri ” İslam Dövləti”nin səhra komandirlərindən biri Tsiskara Toxosaşvilini saxlayıblar.
Arazmedia.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib .
Bildirilir ki, Toxoşaşvili Gürcüstanın Pankisi dərəsindəki Omalo kəndindəndir. Qəsəbədə əsasən çeçenlər məskunlaşıb.
Etnik çeçen Toxoşaşvili 2015-ci ildə İŞİD sıralarında döyüşməyə gedib. O, Suriya və İraqda gedən döyüşlərdə iştirak edib və münaqişə zonalarında təşkilatın bölmələrindən birinə rəhbərlik edib.
Saxlanılan şəxs barəsində xarici terror təşkilatına qoşulmaq maddəsi ilə cinayət işi başlanıb. Terrorçulara yardım etdiyinə görə onu 10 ildən 17 ilə qədər həbs gözləyir.