Bakıda daş karxanasında işçilərin pulları oğurlanıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında otaqların birində orada işləyən 5 nəfərin 1000 manata yaxın pullarının və mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polsə məlumat daxil olub.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini Nadir Ağamaliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.