DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Dağıstanın keçmiş rəhbəri vəfat edib

1 dəqiqəyə oxunur

Dağıstan Dövlət Şurasının keçmiş sədri Maqomedali Maqomedov 92 yaşında vəfat edib.

Arazmedia.az xəbər verir ki, bu barədə Dağıstanın hazırkı rəhbəri Sergey Melikov “Telegram” kanalında məlumat verib.”Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri, Dağıstanın və Rusiyanın əsl vətənpərvər, müdrik insanı, Maqomedali Maqomedoviç Maqomedov dünyasını dəyişib”, – deyə Melikov bildirib.

Qeyd edək ki, Maqomedali Maqomedoviç Maqomedov 1930-cu il iyunun 15-də Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Levaşi kəndində anadan olub.
1979-cu ildən respublika hökumətində, əvvəlcə Dağıstan MSSR Nazirlər Soveti sədrinin müavini, 1983-cü ilin may ayından isə respublika Nazirlər Sovetinin sədri vəzifələrində çalışıb.
1987-ci ildə Dağıstan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri, 1994-cü ildə isə Dağıstan Dövlət Şurasının sədri seçilib.
2006-cı ildə prezident Vladimir Putinlə görüşdən sonra o, vaxtından əvvəl istefa verdiyini elan edib.