DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

1 dəqiqəyə oxunur

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Arazmedia.az xəbər verir ki, qanuna əsasən, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

– 279.0.1-ci maddədən “, qaza və enerjiyə qənaət sistemlərində” sözləri çıxarılsın.

– 279.0.2 – 279.0.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“279.0.2. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş enerji auditinin aparılması ilə bağlı tələblərin pozulmasına;

279.0.3. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq enerji idarəçisinin (menecerinin) təyin edilməməsinə;

279.0.4. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq enerji effektivliyi potensialının qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla, enerji istehsalçıları üçün müəyyən edilmiş enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərin yerinə yetirilməməsinə;”.

– 279.0.5-ci maddə ləğv edilsin.