DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Azərbaycanda İnsan Hüquqlarının qorunmasında Ombudsmanın 20 illik keçdiyi ŞƏRƏFLİ YOL

7 dəqiqəyə oxunur

Ombudsman aparatı – 20 il
İnsan hüquq və azadlıqlarının müdafiə olunmasında Ombudsman strukturunun
həyata keçirdiyi əməli tədbirlər əvəzsiz və danılmazdır. Ombudsman beynəlxalq
ictimaiyyətin diqqətini Ermənistan tərəfindən törədilən müharibə cinayətləri və
beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı faktlara yönəltmək üçün
işğaldan azad edilmiş ərazilərdə mina problemi ilə bağlı xüsusi hesabat hazırlamışdır.
Həmin hesabatda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların səbəb olduğu
insan tələfatı, habelə mina xəritələrinin verilməməsinə görə mina terrorunun davam
etməsi, insan həyatına və sağlamlığına, ümumilikdə insan hüquqlarına və regionun
inkişafına zərərli təsiri barədə məlumatlar təqdim edilmişdir. Ombudsman beynəlxalq
ictimaiyyəti Cənubi Qafqazda tam sülhü bərqərar etmək, təhlükəsiz mühit yaratmaq,
məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə tez bir zamanda qayıtmasını
təmin etmək üçün bütün səyləri birləşdirməyə və dünyada mina qurbanlarının sayının
artmasının qarşısını almağa yönəlik addımlar atmağa çağırmışdır.
Ombudsman respublikamızda fəaliyyət göstərən beynəlxalq qurumların
nümayəndələri, xarici ölkələrin səfirləri, həmçinin ölkəmizə səfər edən beynəlxalq
qurumların rəhbər və nümayəndələri ilə görüşlərində də onlara Ermənistan
tərəfindən törədilən insan hüquqları pozuntuları ilə bağlı geniş məlumat vermişdir.
Ombudsman Azərbaycana səfər edən Avropa Şurası Parlament Assambleyasının
Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin nümayəndə heyətinin
üzvlərini – “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri
mövzusu” üzrə məruzəçini və komitə katibliyinin rəhbərini qəbul etmiş, onlara İkinci
Qarabağ müharibəsinin gedişində və müharibədən sonrakı dövrdə beynəlxalq
humanitar hüquq və insan hüquqları pozuntularının araşdırılması ilə bağlı həyata
keçirilmiş fəaliyyət barədə geniş təqdimat edilmişdir. Təqdimatda müharibə dövründə
həlak olan və yaralanan mülki şəxslər, o cümlədən müharibənin qurbanına çevrilmiş
uşaqlar, tamamilə və ya qismən dağıdılmış tarixi, dini və mədəni abidələr barədə
məlumatlar, habelə Ermənistan tərəfindən azərbaycanlı hərbi əsir və girovlara qarşı
işgəncə və pis rəftar hallarına dair faktlara yer verilmişdir.
Vətən müharibəsi dövründə mülki şəxslərin və yaşayış məntəqələrinin Ermənistan
silahlı qüvvələri tərəfindən qəsdən hədəfə alındığını, insan hüquq və azadlıqlarının
kobud surətdə pozulduğunu, işğaldan azad edilmiş ərazilərdə hələ də mina
probleminin mövcud olduğunu, nəticədə həm azərbaycanlı mülki şəxslərin, həm də o
ərazilərdə xidmət edən hərbi qulluqçuların minaya düşərək həlak olduqlarını və ya
sağlamlıqlarını itirdiklərini diqqətə çatdırmışdır.
Qeyd olunan hesabat, bəyanat və müraciətlərdə Ermənistanın aktiv döyüş
əməliyyatları zonasından uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi
əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəf seçməklə aralarında uşaq və
qadınlar da olmaqla, çoxsaylı dinc sakinləri qətlə yetirməsi, dini, tarixi və mədəni abidələri, o cümlədən məscid və digər ibadət yerlərini, eləcə də qəbiristanlıqları
əməliyyat-taktiki ballistik raket komplekslərindən və ağır artilleriya qurğularından
istifadə etməklə atəşə tutması nəticəsində törətdiyi ağır cinayətlər obyektiv və real
faktlarla təqdim edilmiş, bu məlumatlar yerli və beynəlxalq mətbuatda dərc
olunmuşdur.
Ombudsmanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış
minalarla bağlı bəyanatında qeyd edilmişdir ki, minaların mövcudluğu təkcə azad
olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə təhdid olmaqla
bərabər, məcburi köçkünlərin həmin ərazilərə qayıdışına maneə törədir, ümumilikdə
bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, əhalinin
müxtəlif qruplarının hüquqlarının təbliği məqsədilə Ombudsman tərəfindən insan
hüquqları sahəsində hüquqi maarifləndirmə tədbirləri təşkil olunmuşdur.
Ombudsman tərəfindən bir sıra strategiyalara, milli fəaliyyət plan və proqramlarına
uyğun olaraq, paytaxt və regionlarda müxtəlif silsilə tədbirlər keçirilmişdir.
Ombudsmanın elmi-analitik sahədə həyata keçirdiyi fəaliyyət çərçivəsində insan və
vətəndaş hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə normativ hüquqi
aktların təkmilləşməsinə yönəlmiş tədbirlər həyata keçirilmişdir. Ombudsmanın elmi￾analitik sahədə həyata keçirdiyi fəaliyyət insan hüquq və azadlıqları ilə bağlı mövcud
strategiyaların, konsepsiyaların, milli fəaliyyət planı və proqramlarının hazırlanması,
həyata keçirilməsi və monitorinqi, qanunvericilik aktlarının təkmilləşdirilməsi,
normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun
yoxlanılmasına dair sorğuların Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
göndərilməsi kimi istiqamətləri əhatə edir.
Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı
sorğular əsasında qəbul edilmiş həmin qərar və qərardadlar istər nəzəri, istərsə də
təcrübi əhəmiyyət kəsb edərək, Konstitusiyada və digər normativ hüquqi aktlarda
təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının düzgün anlaşılmasına,
onların təcrübədə düzgün tətbiqinə və təmininə mühüm töhfələrini verməkdədir.
Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq. Ombudsman ötən dövrdə vətəndaş
cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları, kütləvi informasiya
vasitələri, icmalar, habelə geniş ictimaiyyətlə sıx əməkdaşlıqda fəaliyyətini davam
etdirmişdir. Bu fəaliyyət çərçivəsində qeyri-hökumət təşkilatlarının iştirakı ilə insan
hüquqlarının ayrı-ayrı sahələrinə dair müzakirələr keçirilmiş, yerlərdə icmalarla
görüşlər zamanı bir sıra məsələlər müzakirə olunmaqla qaldırılan məsələlər üzrə
aidiyyəti təkliflər hazırlanmış, mətbuat açıqlamalarının, məqalə və müsahibələrin yerli
və xarici mətbuatda yayımlanması təmin edilmişdir.
İctimaiyyətlə əlaqələr və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq. Ombudsmanın
təşəbbüsü və təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının, icmaların, ictimaiyyət
nümayəndələrinin, müxtəlif sahələr üzrə ekspertlərin və kütləvi informasiya vasitələrinin iştirakı ilə insan hüquqlarının prioritet istiqamətlərinə həsr olunmuş bir
sıra tədbirlər keçirilmişdir.
Ombudsmanın sosial şəbəkə hesabları vasitəsilə sərhəd bölgəsində və işğaldan azad
edilmiş ərazilər ətrafında törədilmiş təxribatlara, KİV-də barəsində məlumat yayılmış
insan hüquq pozuntularına dərhal reaksiya verilmiş, faktlara əsaslanan bu
məlumatların Azərbaycan, ingilis və rus dillərində yayımlanması təmin edilmişdir.
Ombudsmanın Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü, Uşaqların
Beynəlxalq Müdafiəsi Günü və Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı dünya
ictimaiyyətinə ünvanlanan videomüraciətləri də Azərbaycan, ingilis və rus dillərində
rəsmi səhifə və sosial şəbəkə hesablarında yerləşdirilmiş, mətbuatda yayımlanmışdır.
Təsisat tərəfindən həmçinin “Azərbaycanlılara qarşı nifrət siyasəti”, “Müharibə və
müharibədən sonrakı dövrdə Ombudsmanın fəaliyyəti” başlıqlı videoçarxlar
hazırlanmış, bu barədə məlumatların rəsmi internet səhifəsi və sosial şəbəkə
hesablarında, habelə KİV-də yayımlanması təmin edilmişdir. Ombudsman
Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda mina partlaması
nəticəsində peşə fəaliyyətini həyata keçirən iki jurnalistin və bir dövlət qurumu
nümayəndəsinin həlak olması, bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən
faciəvi hadisəyə də reaksiya verərək, bununla bağlı bəyanatda beynəlxalq təşkilatlara
növbəti dəfə çağırış etmişdir. İkinci Qarabağ müharibəsi dövründən başlayaraq
Ombudsmanın beynəlxalq hüquq, o cümlədən insan hüquq pozuntularının
araşdırılması ilə bağlı həyata keçirdiyi fəaliyyətin daha aydın formada yerli və
beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə rəsmi internet səhifəsində ayrıca
bölmə yaradılmış və mütəmadi olaraq təkmilləşdirilmişdir.
Biz həmişə inanırıq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili –
Ombudsmanı bütün gücüylə Dövlət və dövlətçiliyimizin və öz problemlərilə onlara
müraciət edən hər bir vətəndaşın yanındadır və onların hüquqlarının müdafiədinə hər
zaman hazırdır.

Rezonans İnformasiya Portalının Baş Redaktoru Sahilə Abdullayeva