“Prezident seçkiləri yeni siyasi dövr açır, çünki gələcəkdə bütün əsas hakimiyyət institutlarında islahatlar aparılacaq”.
Arazmedia.az xəbər verir ki, bu barədə ölkədə keçirilən prezident seçkilərində qalib gələn Qazaxıstan lideri Kasım-Jomart Tokayev bildirib.
O, respublikanın yeni siyasi quruluş formasına keçəcəyini qeyd edib. Tokayevin sözlərinə görə, konstitusiya islahatı “aydın və ardıcıl” aparılacaq.
Bundan əlavə, Qazaxıstan prezidenti ölkədə iqtisadiyyatda “köklü dəyişikliklərin” gözlənildiyini qeyd edib.
“Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq” deyə Tokayev bildirib.
Tokayev qeyd edib ki, prezident seçkilərində ona səs verən insanların etimadını doğrultmaq lazımdır.
“Xalq prezident kimi mənə və sizin hamınıza güclü etimad göstərdi. Xalqın inamı ən mühüm dəyərdir. Biz xalqın bu etimadını doğrultmalıyıq”, – prezident vurğulayıb.
O, respublikada seçki kampaniyasını “ədalətli və açıq” adlandırıb.
“Heç kim üçün heç bir məhdudiyyət yox idi. Hər bir seçiciyə seçim azadlığı verilib”, – Tokayev bildirib.
Qeyd edək ki, Qazaxıstanda keçirilən prezident seçkilərində Kasım-Jomart Tokayevin 82,45% səslə qalib gəldiyi bildirilirdi.