Hüquqi demokratik bir dövlət kimi Azərbaycan Respublikasında aparılan məqsədyönlü islatların əsasını insan hüquq və azadlıqlarının qorunması və bu yolda aparılan uğurlu addımlardır.
Müstəqil dövlət olaraq hüquqi islahatlarımızın təməli milli dövlətçilik tariximiz üçün layiqincə öz töhvəsin vermiş ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyularaq yaradılmışdır.
Heydər Əliyev hər birimizin zaman-zaman tarix boyu arzulayıb görmək istədiyi milli dövlətçilik prinsipləri əsasında reallaşdıraraq gerçəkləşdirmiş və sarsılmaz, dayanıqlı şəkildə heç bir yad qüvvələrin əsarəti altında yaşamayan müstəqil firavan Azərbaycan dövlətini qurub.
Məhz müstəqil ölkəmizdə həyata keçirilmiş islahatlar, xüsusən insan hüquqları və azadlıqlarının qorunub təmin olunması istiqamətində aparılan köklü dəyişiklər Ulu öndərimizin adı ilə bağlı olmuş və bununla yanaşı respublikamızda rəhbərlik etdiyi zamanlarda da ən çox diqqət və qayğı göstərdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının qorunması olub.
Bir sözlə bu gün ölkəmizin dünyada müstəqil hüquqi və demokratik dövlət kimi tanıması xüsusiylə insan hüquqları üzrə ilk straeji əhəmiyyətli xüsusi sənədlərin müstəqil, şəffaf müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması elə bilavasitə Heydər Əliyev qüdrətiylə bağlıdır. Bu gün isə Ulu öndər yadigarı və əmanəti olan ölkə rəhbərimiz cənab Prezident İlham Əliyevin Heydər Əliyev qüdrətli siyasətinin davamı olaraq rəhbərliyi sayəsində həyata keçirilən və keçirilməkdə olan inamlı, davamlı islahatlar insan hüquq və azadlıqlarının qorunmasına müstəsna layiqli töhfədir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı ildə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci ildə isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunmuş və həmin sənədlərin icrasının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə İşçi qrupun fəaliyyətinə rəhbərlik Ombudsmana tövsiyə bilinib.
Bu kimi sənədlər isə insan hüquqlarının sürətlə, sistematik və ardıcıl şəkildə inkişafı üçün yol xəritəsi olub. Bütün bu insan hüquqları üçün görülərək edilən hər bir addımlar Azərbaycan dövlətinin və ölkə rəhbərinin insan hüquq və azadlığına verdiyi müsbət hümanist ali dəyər və dəstəkdir.
Böyük fəxr və qürur hissi ilə qeyd etmək istərdim ki, zaman-zaman öz çirkin əməli niyyəti əsasında xalqımıza qarşı amansız mövqe nümayiş etdirən, və havadarlarının sayəsində istəyinə nail olan və sonacan davam etməyi bacarmayan mənfur qonşularımız olan ermənistan ordusunun xalqımıza etdiyi amansızlıqlar o, cümlədən illərdi öz əsarətində saxlayaraq işğal etdiyi tarixi, əzəli-əbədi torpaqlarımız 44 gün ərzində Ali Baş Komandanımız cənab İlham Əliyevin “DƏMİR YUMRUĞU” və Rəşadətli Azərbaycan Ordusunun qəhramanlığı sayəsində öz azadlığına qovuşaraq illərdi alnımızda olan qara ləkə götürülərək “ZƏFƏR TARİXİ” günümüzdə bir daha haqq-ədalət öz yerini tapdı.
Bununla mənfur düşmənin illərdi apardığı işğalçılıq siyasəti və soydaşlarımızın hüquq və azadlıqlarına qarşı yönələn düşmən mövqeyi darmadağın olaraq illər, əsrlər belə unudulmaz bir tarixi dərs verdik. Bütün dünya isə ədalətli şəkildə kimin hansı əmələ və gücə nail olduğunun şahidi oldu.
İkinci Vətən Müharibəsi dönəmində vətəndaşlarımızın Rəşadətli Azərbaycan Ordusuna verdiyi dəstək bütün dünya üçün əsl birlik, mənfur düşmənlərin ölkəmizə və vətəndaşlarımıza qarşı çirkin və məkrli şəkildə insan hüquqları, azadlığı və sabitliyimizə və ərazi bütövlüyümüzə qarşı uzanan dili və əli hər zaman bir olub layiqincə kəsib susdurmağımız buna əyani sübut kimi əsl döz dağı oldu.
Azərbaycan Respublikası Ombudsmanı hörmətli, Səbinə xanım Əliyeva tərəfindən istər müharibə dövründə istərsədə müharibədən sonra verdiyi bəyanatlar beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər ölkəmizdə Ombudsmanın tək adının yox fəaliyyətinində var olması insan hüquqları və azadlığının tam təminatlı və zəmanətli şəkildə müdafiə olunmasına əsas verdi.
Hər birimiz Zəfər qazanmış hüquqi, demokratik bir ölkənin vətəndaşı olaraq, ölkəmizdə tam zənamətli şəkildə insan hüquqlarının qorunması və təmin olunması istiqamətində daha da əzmlə çalışmalıyıq.
Ən əsası bu hər birimizin ləyaqətli vətəndaşlıq borcumuzdur.
Mən də bir Azərbaycan gənci olaraq 20 il ərzində insan hüquqları və azadlığı uğurunda fədakarcasına şərəfli xidmət göstərən İnsan Hüquqları Üzrə Müvəkkili Ombudsman hörmətli, Səbinə xanım Əliyevaya Aparat rəhbərliyinə və əməkdaşlarına yorulmaz fəaliyyətlərində uğurlar arzu edirəm.
Əli Qənbərzadə Musa oğlu
“REZONANS İNFORMASİYA PORTALI” MMC-nin Təsisçisi və direktoru