DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Birinci qrup əlillərə güzəşt tətbiq olunması təklif olundu

1 dəqiqəyə oxunur

Bizim vətəndaşlarımız arasında ən həssas qrup olan – I qrup əlillərin pensiya almasında problem var”. 

Arazmedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib. 

Deputat bildirib ki, qanunvericiliyə əsasən, onlardan 5 il əmək stajı tələb olunur:

“Təbii ki, anadangəlmə əlil olan bir insan və yaxudda , çox erkən (15-20 yaş) yaşda əlil olan insanın 5 il sığorta stajının olması mümkünsüzdür. Təklif edirəm, hərbi qulluqçularda olduğu kimi onlara güzəşt tətbiq olunsun. Eyni zamanda Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində mülki vətəndaşlar arasında da əlil olanlar var idi. Onlara yanaşma da da belə bir güzəştin olmasını təklif edirəm. Fikrimcə, onların sayı elə də çox olmadığından bu büdcə üçün də yük olmayacaq”.