Türkiyədə 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Arazmedia.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.
“(Yerli vaxtla-red) Saat 3:29-da İzmirin Buca rayonunda baş verən 4,9 bal gücündə zəlzələdə insan itkisi qeydə alınmayıb. Zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, – nazir sosial şəbəkə hesabında qeyd edib.