“İrəvanla Bakı arasında hələlik sülh müqaviləsi yoxdur.”
Arazmedia.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Paşinyan və Əliyevlə danışıqlardan sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında gələcək sülh müqaviləsi hər iki tərəfin güzəştə getməsinin nəticəsi olacaq:
“Biz münaqişənin həllinə yönəlmiş istənilən səyləri həmişə alqışlayırıq. Rusiya Ermənistan və Azərbaycana delimitasiya və demarkasiya baxımından Qarabağ nizamlanması üçün xəritələr verməyə hazırdır”.